26 Noyabr 2019 13:39
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun ailəsinin düşdüyü qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 25-də saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib.

Tovuz rayon sakini Rövşən Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinlərindən Əminə Zeynalova hadisə yerində ölüblər.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək kİ, Əminə Zeynalova Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşıdır.

Qeyri-rəsmi məlumata görə, hadisə zamanı Rəşad Zeynalovun oğlu da xəsarət alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər