27 Noyabr 2019 14:22
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini E.Məmmədlini bıçaqla hədələyib, işlədiyi mağazadan quldurluq yolu ilə 350 manat aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov