28 Noyabr 2019 13:41
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı şəhərində silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı rayon polis şöbəsinə məlumat daxil olub.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə törədilərkən istifadə edilmiş “Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər