2 Dekabr 12:53

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini O.Misirovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub.

Nəticədə O.Misirovun sərnişini, paytaxt sakini Elçin Əzizov hadisə yerində ölüb, “Mercedes” markalı avtomobildəki sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov