2 Dekabr 13:23
214

Bakının Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fəxrəddin Əkbərov idarə etdiyi “Nissan” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov