19 Sentyabr 2014 19:45
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Ukrayna göstərdi ki, Avropa öz strateji tərəfdaşlarına ehtiyatla yanaşmalıdır. Belə bir vəziyyətdə Avropa Parlamentinin belə bir qətnamə ilə çıxış etməsi ümumi strateji xəttə ziddir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.az-a açıqlamasında Avropa Parlamentinin sentyabrın 18-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Qeyd edək ki, AP-nin qətnaməsində Azərbaycan insan haqlarının pozulmasına, demokratiyanın təmin edilməməsinə görə tənqid edilib. Son həbslərin siyasi motivli olduğunu elan edib.

A. Mollazadə hesab edir ki, AP tələsikliyə yol verib. Onun sözlərinə görə, istintaq yekunlaşmayıb və məhkəmənin hökmü olmadan nəyisə şərh etmək və bunu siyasiləşdirmək doğru deyil.

“Avropa Parlamenti Azərbaycanı nədəsə tənqid etməyə haqqı çatmır. Ən azı ona görə ki, bu günə qədər işğal olunmuş ərazilər, qaçqın düşmüş insanlarla bağlı hansısa mövqe nümayiş etdirməyib. Digər tərəfdən, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Öhdəliyi olmayan bir ölkə haqqında qətnamə qəbul etmək nizamnamə baxımından da doğru deyil. Hesab edirəm ki, bu qətnamə reallığı əks etdirməkdən daha çox, Azərbaycana birbaşa təzyiq elementidir”, -- deyə komitə üzvü bildirib.


Müəllif:

Oxşar xəbərlər