3 Dekabr 2019 12:41
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını alıb.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı 39-cu polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıblar.


Müəllif: Hacı Zeynalov