3 Dekabr 2019 20:01
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilib.

Teleqraf.com xəbər verir ki, hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib.

Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.


Müəllif: Teleqraf.com