7 Dekabr 2019 19:55
233

Dekabrın 6-da metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Bakı şəhər sakini olan bir qadının mobil telefonu oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov