7 Dekabr 2019 13:30
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Xaçmazda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 6-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib.

Kənd sakini Varis Hüseynovun idarə etdiyi “Priora” və Yevlax rayon sakini R.Əliyevin idarə etdiyi “DAF XF380” markalı (yük) avtomobillər toqquşub.

Nəticədə V.Hüseynov və sərnişini Rəşid Əliyev hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov