7 Dekabr 2019 14:22
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi “Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qəbələ rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov