9 Dekabr 2019 12:56
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gəlmiş şəhər sakini, ruhi xəstə R.Abbasovun mağaza sahibini kəsici alətlə hədələyib və 15 manat pulunu alması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılıb.

Araşdırmalarla onun həmin gün qeyd edilən bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov