9 Dekabr 2019 13:14
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda üç yeniyetməyə qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov