9 Dekabr 2019 18:33
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.

Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

17:57

İranın Azərbaycandakı səfirliyində tüstülənmə olub.

Tüstülənmə səfirliyin binasında otaqlardan birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Səfirlikdən verilən məlumata görə, tüstülənmə binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.


Müəllif: Teleqraf.com