9 Dekabr 2019 22:25
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın San Fransisko şəhərindən Atlantaya uçan sərnişin təyyarəsində bədbəxt hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, “United Hava yolları”na məxsus təyyarədə sərnişinlərdən birini əqrəb sancıb. Ayağında şiddətli ağrı hiss edən sərnişin şalvarından əqrəb sürüşdüyünü görüb. Dərhal zərərçəkən şəxsə ilkin tibbi müdaxilə edilib, uçuşa məsul heyət əqrəbi tutub qutuya salıblar.

İlkin ehtimallara görə, əqrəb təyyarəyə çanta və ya çemodanda girib.


Müəllif: Leyla