10 Dekabr 2019 08:17
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda “Mercedes” markalı minik avtomobili gölməçədə batıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən sürücü avtomobildən çıxarılıb.


Müəllif: Teleqraf.com