10 Dekabr 2019 15:35
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Nərimanlı dekabrın 8-də paytaxtın Q.Qarayev prospektində 3 nəfərin onu döyüb, mobil telefonunu aldığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini C.Həmidli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov