10 Dekabr 2019 16:17
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub:

"Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".


Müəllif: Aysel Azad