11 Dekabr 2019 01:35
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 10-da Türkiyənin Balıkesir şəhərinin Altıeylül rayonunda yerli vaxtla saat 23:14-də 4,6 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.

Məlumata əsasən, zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.


Müəllif: Teleqraf.com