11 Dekabr 2019 11:30
368

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan A.Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurub.

Nəticədə xcəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov