12 Dekabr 2019 21:55
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda beşmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


Müəllif: Teleqraf.com