13 Dekabr 2019 09:32
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın baş vermiş evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com