13 Dekabr 2019 20:55
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda itkin düşən qız Gəncə şəhərində tapılıb.

Teleqraf.com-un məlumatına görə, Ağstafanın Qaçaq Kərəm kənd sakini Vəliyeva Minarə Seyfəddin qızı polisə məlumat verərək bildirib ki, qızı Vəliyeva Tünzalə Seyfəddin qızı yaşadığı evdən itkin düşüb.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, T.Vəliyeva Gəncə şəhərinə ailə qurmaq məqsədilə öz razılığı ilə qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com