14 Dekabr 2019 19:29
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.

Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb.

18.19

Bakının Nəsimi "3-cü mikrorayon bazarı" ərazisində baş verən yanğınla əlaqədar hazırda mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edir.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

"Azərişıq" Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, ASC Fövqəladə Hallar Nazirliyinin müraciəti ilə ərazidə elektrik təchizatını dayandırıb.

Qeyd edək ki, "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

17:54

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan bazarın arxa tərəfində yanğın başlayıb.

Teleqraf.com Report-a istinadla xəbər verir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Yanğın adıçəkilən ərazidə ərzaq mağazalarının birində baş verib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Müəllif: Teleqraf.com