15 Dekabr 2019 00:40
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.

Report-un məlumatına görə, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.

Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.


Müəllif: Teleqraf.com