15 Dekabr 2019 15:57
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Babalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Fərid Camal oğlu xəsarət alıb.

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com