16 Dekabr 2019 00:13

Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

2010-cu il təvəllüdlü Məlikov Əli Elçin oğlu evdə oynayarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun qarnına oxlov batıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun qarın boşluğunda deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report