16 Dekabr 2019 09:39
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda 28 yaşlı qadın itkin düşüb.

Hadisə dekabrın 14-də baş verib.

Belə ki, Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Nigar Əsgərova Qazax rayon ərazisində yerləşən işlədiyi çörək sexindən çıxıb, lakin o, yaşadığı Ağstafa rayon Dağkəsəmən kəndindəki evinə geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Araşdırma əsasında məlum olub ki, N.Əsgərova itkin düşməmişdən əvvəl onu sonuncu dəfə anası Qazax rayonunda işlədiyi çörək sexində görüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

N.Əsgərova 3 uşaq anasıdır./report/


Müəllif: Teleqraf.com