16 Dekabr 2019 10:56
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, 2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


Müəllif: Aysel Azad