16 Dekabr 2019 14:26
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, 16 dekabr 2019-cu ildə, saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayış baş verib.

Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.

Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

***

11:09

Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə 3 Təcili Yardım briqadası göndərilib.

Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Üzünün və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerindəcə yardım göstərilib.


Müəllif: Aysel Azad