16 Dekabr 2019 12:17
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi şənbə günü baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 14-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Telman Şıxməmmədov vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 19 radələrində Masallı rayonunun stansiya Masallı kəndi ərazisində Lənkəran rayon sakinləri S.Abbasovun idarə etdiyi “VAZ-211440” və Ramin Novruzovun idarə etdiyi “QAZ-21029” markalı avtomobillər toqquşub.

Nəticədə R.Novruzov aldığı xəsarətlərdən hadisə yerinə ölüb.

Daha bir hadisə həmin gün saat 22 radələrində Xaçmaz şəhəri ərazisində baş verib.

Şəhər sakini R.Niftəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Siracəddin Abdullayevi vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün faktlarla bağlı arşdırma aparılır.


Müəllif: Hacı Zeynalov