16 Dekabr 2019 13:35
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də rayon ərazisindəki marketlərin birindən içərisində 1800 manat olan seyfi və 1000 manat dəyərində tütün məmulatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.


Müəllif: Hacı Zeynalov