16 Dekabr 2019 14:36
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də, gecə saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib.

Onların həmin gün saat 4 radələrində Səbail rayonu Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov