16 Dekabr 2019 14:53
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lerik rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Divağac kəndi ərazisindən kənd sakini C.Ağayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Şonayçola kənd sakini, ruhi xəstə E.Məhərrəmov saxlanılıb.

Faktla bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov