1 May 2014 14:37
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

BŞİH Müsavatın müraciətini cavablandıracaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultay keçirmək üçün yerlə təmin olunmasına dair müraciətini yaxın günlərdə cavablandıracaq. Bunu Teleqraf.com-a açıqlamasında BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, Müsavat Partiyasının mayın 24-də qurultay keçirməklə bağlı müraciəti quruma daxil olub.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata amıqlamasında bildirib ki, BŞİH partiyanın qurultaya yer ayrılması ilə bağlı müraciətinə hələ də cavab verməyib: “Çox qəribə hal ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti nəinki Müsavata qurultayını keçirmək üçün yer ayırmır, hətta Müsavat Partiyasının bu barədə müraciətinə cavab vermir. Məhkəməyə müraciət etmişdik və məhkəmə də prosesi uzadır. Bu da göstərir ki, hökumət nümayəndələri Müsavat Partiyasının qurultayının may ayında və ya yaxın zamanlarda keçirilməsini istəmir”.

BŞİH sözçüsü qeyd edib ki, Müsavat Partiyasının müraciətinə baxılandan sonra cavab veriləcək.

Ruslan


Müəllif: