Bakının Səbail rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 1600 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, ev sahibinin oğlu E.Orucov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.