1 Yanvar 2020 15:37
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ocaqlı kənd məscidində nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən Əliqasımlı kənd sakini O.Mustafayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 1 həyətyanı sahədən 10 baş qoyun, digər həyətyanı sahədən isə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər