7 Yanvar 2020 13:02
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini marketin gözətçisini döyərək 7500 manat aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər