Bakının Nəsimi rayuonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Ş.Məmmədovanın çantasından içərisində 400 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.