14 Yanvar 2020 13:35
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir yol-nəqliyyat hadisəsipaytaxtın Nərimanov rayonununda qeydə alınıb.

Rayonun F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Oxşar hadisə Xətai rayonunun Neapol küçəsində də baş verib.

Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus “Mercedes” markalı evakuatora vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Nağıyev orada ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov