15 Yanvar 2020 21:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com