16 Yanvar 2020 13:52
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisindəki mağazaların birindən 200 manat, müxtəlif içkilər və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 5-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov