Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, S.Məmmədova küçəsində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.