18 Yanvar 2020 14:25
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov