“Lalə Şövkət kənddən qayıdıb, hazırda Bakıdadır. Hətta Lalə xanımın iştirakı ilə partiyanın ilkin toplantısı da olub”.
Bu sözü Teleqraf.com-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.
Yay aylarında Azərbaycan kəndlərindən birində dincələn L.Şövkət Bakıya qayıdandan sonra lideri olduğu partiya üzvlərini bir araya toplayıb.
Ə.Temirxanın sözlərinə görə, ölkədəki mövcud ictimai-siyasi vəziyyət və ondan çıxış yollarını ətrafında fikir mübadiləsi aparılıb: “Lalə xanım vəziyyətdən çıxış yolunu partiyaların qarşılıqlı münasibətində və birliyində görür. Hazırda parlament seçkiləri haqda danışmaq çox tezdir, amma hər halda hazırlaşmaq da lazımdır. Buna görə də parlament seçkiləri barədə düşünürük”.
Qeyd edək ki, Ə.Temirxan bir müddət öncə L.Şövkətin qaldığı kəndin adını onun təhlükəsizliyi üçün açıqlamaqdan imtina etmişdi.
Nərgiz