20 Yanvar 2020 08:17
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli vilayətində ticarət mərkəzlərindən birinin damında yanğın başlayıb.

Teleqraf.com-un məlumatına görə, hadisə Darıca rayonunda baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibb yardım briqadaları cəlb edilib.

Yanğının səbəbi bilinmir.


Müəllif: Teleqraf.com