Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin giriş hissəsində qeydə alınıb. “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb.
Piyada 1993-cü il Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar.
Yaralılardan 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və 1995-ci il təvəllüdlü Aidə Kərimovanın müalicəsi xəstəxanada davam etdirilir.
Digər iki yaralı isə ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır./Report/