Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva Teleqraf.com-a açıqlamasında məlumatı təsdiqləyib.
O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi - 42 ünvanında qeydə alınıb.
Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.
Faktla bağlı araşıdrma aparılır.