23 Yanvar 2020 13:35
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, paytaxda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

O, qeyd edib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə olub: "Bıçaqla hücüm faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".

Elşad Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaiyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər:

"Jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdiyyət yaradılmadan tərəfimizdən cavablandırılır".


Müəllif: Hacı Zeynalov