23 Yanvar 2020 18:38
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun 2-ci Nügədi kəndində ümumi sahəsi 144 kv.m olan 12 saylı körpələr evinin yerləşdiyi birmərtəbəli binanın bacasında alışma baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğın, yanğın bölmələri çatana kimi işçilər tərəfdən söndürülüb.


Müəllif: Teleqraf.com